Çadın keçid dövrü prezidenti fransapərəst Mahamat İdriss Debi İtno həbs olunub, onun əsas rəqibi – Sərhədsiz Sosialist Partiyası (SSP) lideri Yəhya Diallo isə öldürülüb.
Bu barədə yerli mətbuatda xəbər yayılıb.
Ehtimal olunur ki, dünən qarışıqlığın yaşandığı Çadda artıq çevriliş baş verib.
Çadın yeni ehtimal lideri haqqında məlumat Debinin həbsini kimin sifariş etdiyi üzə çıxdıqdan sonra aydınlaşacaq.
Qeyd edək ki, bir gün əvvəl Çad Milli Təhlükəsizlik Agentliyinin Ncamenadakı ofisinə hücum edilib. Səlahiyyətlilər hadisədə SSP-ni günahlandırıb və hökumət partiyanın bütün tərəfdarlarının həbs olunması barədə qərar verib. ABŞ, Fransa və Rusiyanın Çaddakı səfirləri axşam saatlarında vəziyyətin Mahamat Debinin nəzarətində olduğunu bildiriblər. Lakin gecə yarısı yerli mənbələr Debinin həbsini xəbər veriblər.
Ölkədə çevrilişə cəhd Çadda prezident seçkisinin mayın 6-da elan edilməsindən bir gün sonra baş verib.
Mənbə: “Svejesti” “Telegram” kanalı
www.102info.az