Bu gün səhər saatlarından etibarən İranın bütün əyalətlərində Dini Ekspertlər Şurası Məclisinə (Məclise-Şuraye-Xübreqan) və İran Məclisinə seçkiyə start verilib.
Artıq İranın ali dini rəhbəri Seyid Əli Xamenei də seçkidə iştirak edib.
İran Seçki Qərargahının məlumatına görə, seçki məntəqələri 10 saat işləyəcək.
Qeyd olunur ki, təxminən 60 milyon iranlı səsvermə hüququna malikdir.
Məlumat üçün əlavə edək ki, İranda Dini Ekspertlər Şurasına seçkilər hər səkkiz ildən bir keçirilir.
Mənbə: Mehr
www.102info.az