Rusiyanın “IrAero” aviaşirkəti Omsk-Bakı reysi üçün biletlərin satışına başlayıb.
Bu barədə Omsk hava limanının mətbuat xidməti məlumat verib.
Azərbaycanın paytaxtına ilk uçuş aprelin 2-də həyata keçiriləcək.
Omskdan uçuşlar həftənin ikinci günləri yerli vaxtla saat 04:00-da, Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş yerli vaxtla saat 05:30-da həyata keçiriləcək.
Paytaxtdan uçuşlar həftənin birinci günü Bakı vaxtı ilə saat 21:20-də, Omska eniş isə yerli vaxtla saat 02:50-də həyata keçiriləcək.
Qeyd edilib ki, Bakı ilə Omsk arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib.
Mənbə: Oms.aero
www.102info.az