Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin yeni buraxılışının qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov olub.
Rafiq Mahmudov ailə daxili məişət zorakılığından, ailələrin dağılmasının əsas səbəblərindən, eyni zamanda sosial şəbəkələrin ailə institutuna təsirlərinə toxunub.
“Danışaq?” layihəsinin qonağı bir müddət əvvəl Azərbaycan cəmiyyətini sarsıtmış Əhmədovlar ailəsinin yaşadığı faciəyə də toxunub.
Rafiq Mahmudov bildirib ki, baş vermiş bu hadisə bütün cəmiyyətdə şok effekti yaratdığı kimi dövlət qurumlarında da ciddi narahatlığa səbəb olub.
Müsahib qeyd edib ki, istənilən halda bu barədə fikir bildirmək hələ tezdir və aidiyyəti qurumların apardığı istintaqın nəticələrini gözləmək lazımdır.
Daha ətraflı videoda:
www.102info.az