Məşhur türkiyəli müğənni 5 milyonluq evini itinə miras qoyacaq

Dünya


44 yaşlı Türkiyəli müğənni Pınar Soykan 5 milyon lirəlik evi də daxil olmaqla bütün mirasını Soykan adlı itinə buraxacağını açıqlayıb.

Pop müğənni bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Anadolu hazırda 5 milyon lirə dəyərində malikanəm var. Əgər sonradan da əlavə maliyyə aktivlərim olsa, onu itimə miras buraxacağam”, – deyə Pınar Soykan qeyd edib.

O, ərinin də bu qərarı dəstəklədiyini bildirib.

Mənbə: Milliyet.com.tr

www.102info.az