Almaniya Bundesliqasında 24-cü turun “Frayburq” – “Bavariya” qarşılaşması “Avropa-Park-Stadion”da keçirilirdi.
Oyunu Sven Yablonskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edirdi.
“Frayburq”un müdafiəçisi Kristian Günter 12-ci dəqiqədə fərqlənib. 35-ci dəqiqədə “Bavariya”nın hücumçusu Mathis Tell hesabı bərabərləşdirib. 75-ci dəqiqədə yarımmüdafiəçi Camal Musiala qonaqları yenə hesabda irəli çıxarıb. Lakin 87-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Lukas Höhler sülhü təmin edib. Oyun 2:2 hesabı ilə bitib.
“Bavariya” turnir cədvəlində ikinci yerdədir. Komanda 24 oyundan sonra 54 xal toplayıb. “Frayburq” 30 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Almaniya çempionatının turnir cədvəlinə 61 xalla “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi Bayer başçılıq edir.
www.102info.az