Rusiyanın Sankt-Peterburq şəhərinə dron hücumundan sonra partlayış olub.
Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.
Bildirilir ki, partlayışla əlaqədar iki yaşayış binasına ciddi ziyan dəyib.
“Binalardan 100-ə yaxın sakin təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur”, – deyə mənbələrdən vurğulanıb.
Bəzi məlumatlara görə, hücumun hədəfi Sankt-Peterburqun şimal-şərqindəki Ruçyi neft anbarı olub. Pilotsuz uçuş aparatının düşdüyü yerlə həmin məntəqə arasında bir kilometrdən az məsafə olub.
Mənbə: İz.ru
www.102info.az