Kanada Navalnıya görə Rusiyaya sanksiya tətbiq edəcək

Dünya


“Kanada Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir”.

Bunu ölkənin xarici işlər naziri Melani Coli deyib.

Qeyd olunur ki, altı Rusiya rəsmisinə qarşı sanksiyalar tətbiq olunacaq. Bunlara “yüksək vəzifəli məmurlar və Rusiya prokurorluğunun, məhkəmə orqanlarının və islah müəssisələrinin əməkdaşları” daxildir.

Navalnının ölümü ilə əlaqədar artıq ABŞ, Böyük Britaniya və Avstraliya Rusiya Federasiyasına qarşı məhdudiyyətlər tətbiq edib. Rusiya səfiri Oleq Stepanov fevral ayında Kanada Xarici İşlər Nazirliyinə çağırılıb və qınanılıb.

Mənbə: Reuters

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir