Tehran metrosunda yanğın baş verib – FOTO/VİDEO

Dünya


İranın paytaxtı Tehranda metronun Şuş stansiyasında elektron sistemdə baş vermiş yanğınla əlaqədar “15 Xordad” stansiyası ilə “Şəhid Buxarai” stansiyası arasındakı 1 saylı xəttin elektrik enerjisi kəsilib, qatarların hərəkəti dayandırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Bu gün saat 19:00-da metronun Şuş stansiyasında yanğınla bağlı məlumat daxil olub. Elektrik yarımstansiyası yanıb, itki və xəsarət alanlar olmadan yanğının qarşısı alınıb”, – deyə yanğınsöndürmə idarəsinin mətbuat xidmətinin rəhbəri Cəlal Mələki bildirib.

Həmçinin qeyd olunur ki, metronun “Xomeyni” stansiyasında dəmir yolu relsi qırılıb, sərnişinlər təxliyyə olunurlar.

 

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir