Son bir həftə ərzində Burkina-Fasonun şimalındaki üç kənddə silahlılar 170-ə yaxın sakini öldürüblər.
Bu barədə Uahiquya rayon prokuroru Əli Benjamin Kulibali məlumat verib.
“Əldə edilən məlumatlar Şimal bölgəsinin Komsilqa, Nodin və Soroe kəndlərində 170 nəfərin öldüyünü göstərir”, – deyə o bildirib.
Kulibalinin sözlərinə görə, hücum haqqında ilk dəfə fevralın 25-də məlumat daxil olub. Hazırda kəndlərə hücum edən silahlıların hansı qruplaşmaya aid olduğu müəyyənləşdirilir.
Mənbə: TASS
www.102info.az