“Spartak”ın futbolçusu BƏƏ-də ev dustaqlığına göndərilib

Dünya


Rusiyanın “Spartak” klubunun futbolçusu Promes Kvinsi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ev dustaqlığına göndərilib.

Mənbə yazır ki, 32 yaşlı yarımmüdafiəçi vətəni Niderlanda ekstradisiya oluna bilər.

Bununla belə, futbolçunun ekstradisiyası üçün rəsmi müraciətin edilib-edilmədiyi məlum deyil.

Qeyd edək ki, Promes Kvinsi Amsterdam məhkəməsinin qərarı ilə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib. 

O, 2019-cu ildə surinamlı narkotik alverçisinə məxsus böyük bir kokain partiyasının daşınmasında iştirak edib.

Hökm elan edildikdən sonra yarımmüdafiəçi beynəlxalq axtarışa verilib.

Mənbə: NRC

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir