Rusiyanın Primorye diyarının cənubunda təbii yanğınların sahəsi gün ərzində 3,8 min hektardan 4,9 min hektara yüksəlib, üç yerdə yanğın qeydə alınıb. Ümumilikdə 1000 hektardan çox sahədə yanğının olduğu bildirilir.
Məlumata görə, Xasan qəsəbəsi ərazisində 3 min hektara yaxın ərazini əhatə edən bir yanğın lokallaşdırılıb. 1,8 min hektar ərazini əhatə edən ikinci yanğın Qvozdevo bölgəsindədir. Hazırda yaşayış məntəqələri üçün təhlükə yoxdur.
Qeyd edək ki, yanğınla mübarizə davam edir, onun kənar ərazilərə yayılmaması üçün tədbirlər görülür.
Mənbə: Gazeta.ru
www.102info.az