Türkiyədə dəhşətli cinayət anı müşahidə kameraları tərəfindən qeydə alınıb.
Hadisə Kayseri şəhərində baş verib.
Kadrlarda dükana girən kişi ilə mağazada olan şəxsin bir-birilərinə silahla atəş açması əks olunub. Həmin vaxt yaxınlıqdakı masada əyləşən ana-balanın bərk qorxduqları və masanın altında gizlənmək cəhdləri də görüntülənib.
Məlumata görə, silahı ilk işə salan kişi hadisə yerində ölüb. Digər şəxs ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır, istintaq başlayıb.
Mənbə: TRT Haber
www.102info.az