Rusiyada müharibə iştirakçısı keçmiş arvadını boğub öldürdü: Polislər isə qapıda gözlədilər – VİDEO

Dünya


Rusiyanın Çelyabinsk vilayətində müharibə iştirakçısı olan 32 yaşlı Nikita Sidorov pəncərədən keçmiş arvadının mənzilinə girib və onu öldürüb.

Qonşuların dediyinə görə, sərxoş kişi keçmiş arvadını boğduğu əsnada polislər artıq evin qapısının arxasında dayanıblarmış.  

Gecə saatlarında evə gələn kişi qapını döyüb, lakin açan olmayıb. Qonşu onun arvadını hədələdiyin eşidib. “Yaxşı, qapını açmasan, elə həmişəlik də burada qalacaqsan”, – deyə o, arvadına bildirib.

Xilasedicilər hadisə yerinə gəldikləri və qapını sökdükləri zaman isə Sidorovun arvadı artıq ölmüş olub. Qonşuların dediyinə görə, qadının ilk nikahdan 16 yaşlı oğlu, Sidorovdan isə üç yaşlı oğlu qalıb. Həmçinin qeyd edilir ki, kişi müharibədə aldığı yara səbəbindən bir müddət xəstəxanada yatıb.

Hadisə ilə bağlı araşdırma aparılır və polisin davranışlarına ətraflı qiymət veriləcək. Asayiş keşikçilərinin qadını qorumaq üçün bütün vasitələrdən istifadə edib-etmədikləri müəyyən olunacaq.

Mənbə: NEWS.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir