ABŞ-nin Kaliforniya ştatında bir qrup maskalı şəxs evin bağçasında keçirilən şənliyə silahlı hücum edib və insanlara atəş açıb.
Bu barədə şəhər polis idarəsindən açıqlama verilib.
Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.
Şəxsiyyəti məlum olmayan hücumçular isə avtomobilləri ilə hadisə yerindən qaçıblar.
Hadisə ilə bağlı istintaq başladılıb.
 
 
 
 
 
 
Mənbə: Haber Global
  www.102info.az
www.102info.az


 
			 
						 
						