ABŞ hərbçiləri Qırmızı dənizdə yəmənli üsyançı husilərin “Ənsar Allah” hərəkatına məxsus gəmi əleyhinə iki ədəd qanadlı raketi ələ keçiriblər.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Komandanlıq bu raketləri özünümüdafiə məqsədilə vurduqlarını, onların bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhlükə olduğunu bildirib.
Bundan əlavə, husilər Liberiya bayrağı altında olan konteyner gəmisinə gəmi əleyhinə iki ədəd qanadlı raket atıblar. Gəmilərdən birinə ziyan dəysə də, xəsarət alan olmayıb.
Mənbə: Gazeta.ru
www.102info.az