Məşhur aktrisa Keyt Uinslet rejissorların çəkilişlərə intim səhnə koordinatorlarını cəlb etmək qərarını dəstəkləyib.
Koordinatorlar çəkilişlərin keyfiyyətini itirmədən aktyorlara şəxsi sərhədləri saxlamağa kömək edirlər.
Uinslet intim səhnə və ya sadəcə öpüş səhnəsi çəkərkən belə bir şəxsin hər bir halda faydalı olacağını qeyd edib.
“Kimsə mənim tərəfimdə olsaydı, yaxşı olardı. Çünki həmişə özümü müdafiə etməli olmuşam”, – o bildirib.
Kate izah edib ki, gənc aktrisalar üçün sadə nüansları dilə gətirmək belə çətin ola bilər. Məsələn, aktrisa bu və ya digər kamera bucağı altında, yaxud da otaqda çox sayda insan olduğu halda çəkilmək istəməyə bilər.
Qeyd edək ki, karyerası ərzində Keyt Uinslet onlarla intim səhnələrdə – məsələn, “Titanik”, “Oxucu” kimi filmlərdə rol alıb.
Mənbə: championat.com
www.102info.az