Başqırdıstanda dəhşətli qətl hadisəsi: Adamyeyən-satanist “qaranlıq qüvvələr”in göstərişi ilə… – FOTO

Dünya


Başqırdıstanda dəhşətli qətl hadisəsi baş verib.

Kuyurqazinski rayonunun Erkincon adlı 47 yaşlı sakini içki içdikdən sonra tanımadığı 65 yaşlı kişinin evinə soxulub və balta ilə qocaya üç zərbə endirib. Daha sonra onun ürəyini çıxarıb.

Bu barədə bölgənin istintaq komitəsindən məlumat verilib.

Məlumata görə, bundan sonra Erkincon mağazadan spirtli içki oğurlamağa cəhd edib, lakin polis tərəfindən saxlanılıb. O, altı günlük xüsusi təcridxanaya salınıb və üçüncü gün təqaüdçünün ritual qətlini etiraf edib.

Erkincon bildirib ki, o, xəstə ürəyini sağaltmaq istəyib və bunun üçün “şeytanla sövdələşib”.

“Cəhənnəm hökmdarı” yeni köməkçisindən təqaüdçü qocanı öldürməsini “tələb edib” və qocanın da əvvəllər Lyusiferə xidmət etdiyini deyib. Erkinconun gələcək qurbanı ilə tanışlığı olmayıb.

Beləliklə də, “şeytanın xidmətçisi” evə girərək təqaüdçünü öldürüb və sonra onun ürəyini kəsib çıxarıb. Ürəyi elə avtobus dayanacağında yeməyə başlayıb. Ürəyin yemədiyi qalan hissəsini isə dayanacaqda avtobus gözləyən yaşlı nənəyə verib və onu basdırmasını xahiş edib.

Adamyeyən hər şeyi etiraf edib və iki ay müddətinə həbs edilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Mənbə: “Mash Batash” “Telegram”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir