“Rusiyada seçkiyə müdaxilə cəhdləri uğursuzluğa düçardır və təşəbbüskarlar bunun nəticələrini görəcəklər”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, prezident seçkisi zamanı Rusiyanın işlərinə qarışmaq cəhdləri uğursuzluğa məhkumdur.
Zaxarova qeyd edib ki, bütün bu cəhdlərin, həmçinin Qərb ölkələri üçün də nəticələri olacaq.
“Rusiyanın daxili işlərinə, məsələn, prezident seçkisinə istənilən müdaxilə cəhdləri məhvə məhkumdur. İkincisi, bunun Qərb üçün fəsadları olacaq”, – deyə o vurğulayıb.
Zaxarovanın sözlərinə görə, xaricdə diplomatik nümayəndəliklərdə Rusiyanın prezident seçkisində səsverməni pozmaq cəhdlərinin sayı artır, Rusiya vətəndaşlarına psixoloji təzyiq göstərilməsinə cəhdlər edilir.
Mənbə: MK.ru
www.102info.az