Azərbaycan klubunun yeni baş məşqçisi legioneri əsas komandadan qovdu

Dünya


“Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadze komandanın israilli futbolçusu Gilad Abramovu əvəzedici heyətə göndərib.

Bu barədə “Qafqazinfo”ya klubun Mətbuat Xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib.

O bildirib ki, yarımmüdafiəçi qeyri-müəyyən vaxta qədər ikinci komandada oynayacaq.

Sxadadze G.Abramovu böyük ehtimalla zəif çıxışına görə ikinci komandaya göndərib.

Qeyd edək ki, “Qəbələ” bu il fevralın 25-də Sxadadze ilə 1,5 illik müqavilə imzalayıb.

www.102info.az

Spread the love