Alla Puqaçovadan şikayət etdilər: Xarici agent kimi tanına bilər?

Dünya


Rusiyalı sənətçi Alla Puqaçovanın xarici agent kimi tanınması istənilib.

Bununla bağlı “Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə üzrə federal layihə”nin fəalları Rusiya Baş Prokurorluğuna müraciət ediblər.

Onların fikrincə, bunun üçün kifayət qədər səbəblər var. Səbəblər sırasında müğənninin Ukrayna ilə müharibədən sonra İsrailə getməsi, anti-Rusiya mövqeyini ifadə etməsi və Rusiyada xarici agent kimi tanınan əri Maksim Qalkinə dəstək olması göstərilib.

Həmçinin ötən gün Alla Puqaçova Stas Mixaylova müraciətində bəyan edib ki, “normal insanlar Rusiyaya qayıtmaq fikrində deyillər”.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir