Medvedev Fransa barədə: “Düşmənə qarşı bütün üsullar keçərlidir” – FOTO

Dünya


“Fransa Prezidenti Emmanuel Makronun Ukraynanı dəstəkləməkdə qırmızı xətlərin olmaması haqqında dediyi sözlər Rusiyanın Fransaya münasibətdə də qırmızı xətlərinin olmadığı anlamına gəlir”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Makron deyib ki, Ukraynaya dəstək baxımından artıq qırmızı xətlər, məhdudiyyətlər yoxdur. Bu o deməkdir ki, Rusiyanın da Fransaya qarşı artıq qırmızı xətləri qalmayıb”, – Medvedev “X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) yazıb.

O, paylaşımını Roma hüququndan bir cümlə ilə yekunlaşdırıb – “In hostem omina licita”, yəni “düşmənə qarşı bütün üsullar keçərlidir”.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir