ABŞ və Böyük Britaniya “Rusiyada terror” xəbərdarlığı edir – ŞƏRH

Dünya


ABŞ-nin Rusiyadakı səfirliyi və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Moskvada baş verə biləcək terror aktları barədə xəbərdarlıq edib.

Təxminən eyni gündə Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada sinaqoqlara hücum hazırlamaqda şübhəli bilinən “İslam Dövləti” (İŞİD) terror qruplaşması üzvlərinin zərərsizləşdirdiyini elan edib.

Bu hadisə və xəbərdarlıqlar Rusiyada prezident seçkisi öncəsi kəşfiyyat hazırlıqlarının qiymətləndirilməsinə əsas verir.

Vaşinqton və Londondan gələn siqnallar Rusiyada böyükölçülü terror aktlarının törədilməsi planlarını göstərir. Hərçənd ki, ABŞ və Böyük Britaniyanın Rusiyada hazırlanan terror barədə kəşfiyyat məlumatlarını müxtəlif kanallar vasitəsilə Moskva ilə bölüşdüyü istisna edilməməlidir. Çünki ekstremist təşkilatlar, o cümlədən İŞİD Rusiya ilə yanaşı Avroatlantik məkanın da təhlükəsizliyinə təhdiddir.

Hər halda, bu xəbərdarlıqlar üç nöqteyi-nəzərdən diqqət mərkəzində saxlanıla bilər.

Birincisi, Rusiyada hər hansı təxribat Kremlin Ukraynada başlatdığı müharibəyə daxildə hazırlanan cavab kimi başa düşülə bilər. Yəni mümkün terror aktlarının hazırlanması Rusiyanı Ukraynada apardığı hərbi kampaniyadan çəkindirmək narrativlərinə malikdir.

İkincisi, Rusiyada prezident seçkisində ölkə başçısı Vladimir Putinin qələbə qazanmaq ehtimalının yüksək olması Moskvanın Ukraynada hərbi imkanlarını tədricən genişləndirmək perspektivini ortaya qoyur. Çünki seçkinin nəticələrindən sonra Kreml Vladimir Putinin qələbəsini əlamətdar hadisə kimi qiymətləndirmək təbliğatını aparacaq. Ardınca isə Rusiyanın Ukrayndakı uzunmüddətli müharibə səylərinə əlavə daxili dəstək qazandırılması istiqamətində təşəbüslər gözə çarpacaq.

Üçüncüsü, Rusiyanın daxilində terror aktları ilə etirazlar yaradıb onları yönləndirmək gündəliyi masada ola bilər.

Ancaq konkret olaraq bu planların müəlliflərin hansı qüvvələr olduğunu müəyyən etmək də çətindir. Proqnozlaşdırmaq olar ki, seçki ərəfəsində Rusiyada irili-xırdalı təxribat cəhdləri görünəcək.

Bu amil Rusiyanın xarici təhdid mövzusundakı çağırışlarının təkrarlanmasına gətirib çıxara bilər.  

Aqşin Kərimov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir