Ukraynalı həkimlər atəş altında həyatları xilas edirlər – VİDEO

Dünya


Rusiya-Ukrayna müharibəsinin ilk aylarında əsir düşən “Azov” briqadasının sonradan azad olunan üzvləri arasında hərbi həkim də var. Sergey Qaruşin 2022-ci ilin mart, aprel və may aylarında Mariupol şəhərinin, “Azovstal” zavodunun müdafiəsi zamanı həkim kimi hərbçilərin yanında olub, sonda isə digər döyüşçülərlə birgə əsir düşüb. Bir ildən sonra əsirlərin mübadiləsi zamanı azad edilən S.Qaruşin yenidən “Azov” briqadasında xidmətə başlayıb.

Baku TV-yə açıqlama verən S.Qaruşin əsirlikdə olanda hətta rusiyalı hərbçiləri xilas etdiyini, dəfələrlə onlara tibbi yardımlar göstərdiyini bildirib:

“Bir hadisədən bəhs edim. Rusiyanın Çelyabinsk şəhərindən olan hərbçiyə rast gəlmişdik, o, yaralı idi. Onun sözlərinə görə, kiçik övladı xəstə idi və müalicəsi üçün çoxlu pul lazım idi. Qolu qəlpə ilə zədələnmişdi. Yəni qolunu tamamilə itirə bilərdi. Ancaq əməliyyat yolu ilə onun həyatını xilas etdik. Belə yardımlarımız dəfələrlə olub. Bəzən ironiyalı vəziyyətlərlə də üzləşirik. Elə olur ki, NATO-ya, ABŞ-yə düşmən olan Rusiyanın əsgəri əsir düşür və qolunda ABŞ istehsalı olan rezin bantla gətirirlər. ABŞ istehsalı olan həmin rezin bant onu xilas edir. Ən çətini isə hərbçilərin öz dostlarının cansız bədənini paketlərdə gətirmələridir. Onlar birgə çiyin-çiyinə döyüşdüyümüz, əvvəllər birlikdə xidmət etdiyimiz insanlardır. Bu, mənəvi cəhətdən çox ağırdır”.

Qeyd edək ki, qeyri-rəsmi statistikaya görə, müharibə müddətində 100-ə yaxın ukraynalı hərbi həkim itkin və ya əsir düşüb. 100-dən çox həkim isə həlak olub.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir