UEFA Portuqaliya klubunu cərimələyib

Dünya


UEFA Portuqaliyanın “Benfika” klubunu 28 000 avro məbləğində cərimələyib.

Oxu.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Lissabon təmsilçisinin Fransada “Tuluza” ilə qolsuz heç-heçə etdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (0:0) yaşananlar səbəb olub.

Fevralın 22-də baş tutan görüşdə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər və meydana kənar əşyalar atıblar. “Benfika” buna görə 20 000 avro ödəyəcək.

Klub stadiona ziyan dəydiyi üçün əlavə 8 000 avro verməli olacaq.

Qeyd edək ki, ilk matçda rəqibini 2:1 hesabı ilə üstələyən “Benfika” 1/8 finala yüksəlib. Komanda bu raundun ilk qarşılaşmasında evdə Şotlandiyanın “Reyncers” kollektivi ilə bərabərə qalıb – 2:2.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir