Polşalı fermerlər “ölkəni dayandırmaq” niyyətində olduqlarını açıqlayıblar

Dünya


Polşanın Baş naziri Donald Tusk ilə danışıqlar uğursuz olarsa, polşalı fermerlər etiraz aksiyalarını genişləndirməyi və “ölkəni dayandırmağı” planlaşdırırlar.

Bunu Qərbi Pomeraniya Voyevodalığında etiraz aksiyalarının liderlərindən biri Stanislav Varna deyib.

Varnanın sözlərinə görə, iki ay “barrikadalarda” qaldıqdan sonra fermerlər ölkə hakimiyyətinin onları ciddi qəbul etmədiyini başa düşüb.

“Heç bir problem həll olunmayıb. Buna görə də biz Polşanı dayandırmaq qərarına gəldik. Əgər Baş nazir Tuskla bir şey həll etməsək, o zaman martın 20-də saat 7:00-dan 19:00-a (Bakı vaxtı ilə 10:00-dan 22:00-a – red.) qədər bütün Polşanı bloklayacağıq”, – deyə Varna bildirib.

O, fikrini açıqlayaraq, uşaqların məktəbə, insanların işə və mağazalara getməyəcəyini qeyd edib və Polşa əhalisini hadisələrin bu cür dönüşünə hazır olmağa çağırıb.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir