İraq İslam Şam Dövləti (İŞİD) terror təşkilatına qarşı Türkiyədə həyata keçirilən “Bozdoğan-11” əməliyyatında 33 şübhəlinin ələ keçirildiyi açıqlanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir “X” (keçmiş “Twitter”) hesabında etdiyi paylaşımda əməliyyatın Sakarya bölgəsində aparıldığını bildirib.
Əməliyyat nəticəsində dörd sənədsiz tapança, iki sənədsiz tüfəng, külli miqdarda xarici valyuta, çox sayda qadağan olunmuş nəşrlər və təşkilati sənədlərin ələ keçirildiyi qeyd olunub.
Sakarya’da DEAŞ Terör Örgütüne yönelik eş zamanlı olarak gerçekleştirilen “BOZDOĞAN-11” operasyonlarında 3️⃣3️⃣ şüpheli yakalandı❗
Teröristlerin hiçbirine göz açtırmayacağız. Güvenlik güçlerimizin üstün gayretleriyle mücadelemize aralıksız devam edeceğiz.❗️
❌Emniyet Genel… pic.twitter.com/hIjxL9leta
— Ali Yerlikaya (@AliYerlikaya) March 10, 2024
www.102info.az