Uzunsaçlı gəlinciklər uşaqlar üçün ciddi təhlükə yarada bilər.
Bunu Rusiya Uşaq Elmi-Tədqiqat Klinik İnstitutunun pediatrı Yekaterina Pasnova bildirib.
O qeyd edib ki, uşaqlar gəlinciklərin başından qopan uzun saç tellərini uda bilərlər. Əgər bu tellər kifayət qədər uzun və qabadırsa, o zaman uşaqda nəfəs alma problemlərinə və hətta boğulmalara səbəb ola bilər.
Pediatr uşaq oyuncaqlarının, eləcə də aksesuarlarının vəziyyətinə nəzarət etməyi tövsiyə edib.
O, uşaqlara daha çox qısasaçlı gəlinciklər almağı məsləhət görüb.
Mənbə: mk.ru
www.102info.az