Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri martın 13-də Aleksey Navalnının ölümü ilə bağlı yeni anti-Rusiya sanksiyaları barədə razılığa gəlmək niyyətindədirlər.
Bu barədə “EUObserver” portalı məlumat verib.
Portalın məlumatına görə, Aİ-nin yeni məhdudiyyətlər sənədi Navalnının həbsində iştirak edən Rusiya həbsxanalarının 35 müdiri və hakimi üçün viza qadağası və aktivlərinin dondurulmasını nəzərdə tutur.
Həmçinin Aİ-nin qara siyahısına iki koloniya daxil ediləcək.
www.102info.az