Türkiyənin Ankara şəhərinin Sincan rayonunda sərnişin avtobusu aşıb.
Məlumata görə, hadisə nəticəsində 24 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Qəzanın səbəbi məlum deyil.
Mənbə: ntv.com.tr
www.102info.az