Məşhur Hollivud aktyoru Nikolas Keyc uzun müddət sonra ilk dəfə gənc həyat yoldaşı Riko Şibata ilə ictimaiyyət qarşısına çıxıb.
60 yaşlı Nikolas Keyc və 29 yaşlı Riko Şibata 96-cı “Oskar” mükafatlandırma mərasiminə birlikdə qatılıblar. Aktyor və həyat yoldaşının geyimi də diqqət mərkəzində olub.
Nikolas Keyc və Riko Şibata 2019-cu ildə aktyorun Tokioda çəkilişləri zamanı tanış olublar. Hollivud aktyoru koronavirus pandemiyasının qızğın vaxtında “FaceTime” üzərindən sevgilisinə evlilik təklifi edib və onlar 2021-ci ilin fevral ayında evləniblər. Təmtəraqlı məclisə üstünlük verməyən cütlük Las-Veqasdakı “Wynn” hotelində kiçik bir mərasim təşkil ediblər.
Bir il sonra Nikolas Keyc və Riko Şibatanın bir qızı dünyaya gəlib və ona Avqusta Françeska Koppola Keyc adını veriblər.



Mənbə: Gazeta.ru
www.102info.az