Fevralın 20-dən martın 11-dək İranda Novruz çərşənbələri ilə əlaqədar keçirilən tədbirlərdə azı səkkiz nəfər ölüb, 330 nəfər yaralanıb.
Məlumata görə, 150-dən çox insan müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ən azı 86 zərərçəkən xəstəxanalarda, onlardan 11-i reanimasiya şöbələrindədir.
Öz növbəsində, İran polisinin sözçüsü Səid Montazer Mehdi bəyan edib ki, bayram şənlikləri zamanı ölənlərin sayı 10 nəfər olub. Xəsarət alanların isə təxminən 70%-i 18 yaşdan kiçik şəxslərdir.
Mehdi bildirib ki, bu müddət ərzində hüquq-mühafizə orqanları 10 tondan çox tez alışan maddə aşkarlayıb.
Mənbə: TASS
www.102info.az