İranda Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında keçirilən şənliklərdə azı 10 nəfər həlak olub, 363 nəfər yaralanıb.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranın Fövqəladə Hallar Təşkilatı xəbər verib.
Məlumata görə, xəsarət alanlardan 126 nəfər dərhal tibbi yardım mərkəzlərinə göndərilib, 13 nəfərə yerindəcə tibbi yardım edilib.
Qeyd olunub ki, 32 nəfər bədən üzvlərindən birini itirib, 119-u gözündən, 170 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
www.102info.az