Rusiyada havada alovlanan təyyarə qəbiristanlığa təcili eniş etdi – VİDEO

Dünya


Rusiyanın İvanovo vilayətində təyyarə havada alovlara bürünüb.

Ehtimallara görə, hava gəmisinin mühərriklərindən biri yanıb.

Şahidlər sosial şəbəkələrdə baş verənlərin kadrlarını yayıblar.

Hadisə “Severnı” aerodromunun üzərində qeydə alınıb. İlkin məlumata görə, təyyarə yerli qəbiristanlıq ərazisinə təcili eniş edə bilib.

Hazırda ərazidə yanğın müşahidə olunur, ərazi qara tüstüyə bürünüb.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Mənbə: “BAZA” “Telegram” kanalı

www.102info.az