Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Dünya


Bundesverdə şəxsi heyət və hərbi texnika çatışmazlığı ilə bağlı narahatlıq ifadə olunub. Resurs çatışmazlığı xüsusilə Almaniyanın Ukraynaya dəstəyi fonunda hiss olunur.

Bu barədə Almaniya parlamentinin müdafiə məsələləri üzrə komissarı Eva Heql məlumat verib.

“Təəssüf ki, Bundesverdə sursat, ehtiyat hissələri, rabitə vasitələri, tanklar, gəmilər və təyyarələrin çatışmazlığı var. Hərbi texnika ilə bağlı problemlərlə yanaşı, orduda kadr çatışmazlığı və hərbçilərin orta yaş həddi artır”, – bildirib.

Qeyd edək ki, 2023-cü ilin sonunda Almaniya ordusu personalının ümumi sayı 181 514 nəfər olub. Eyni zamanda, 20 minə yaxın vəzifə vakant qalıb.

Mənbə: mk.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir