Rio-de-Janeyro avtovağzalında sərnişinlər girov götürülüb – VİDEO

Dünya


Rio-de-Janeyrodakı avtovağzalda azı 20 nəfər girov saxlanılır.

İlkin məlumatlara görə, bir nəfər ölkənin cənub-şərqindəki Belo Horizonte şəhərinə gedən avtobusda sərnişinləri girov götürüb.

Həmçinin iki nəfərin güllə yarası aldığı bildirilir. Avtovağzal mühasirəyə alınıb.

“Adam silahını çıxarıb, atəş açmağa başlayıb və avtobusa daxil olub. Bu avtobusda iki dostum var. Bundan sonra nə olacağını bilmirik”, – hadisə şahidlərindən biri deyib.

Rio-de-Janeyro ştatının xüsusi hərbi polis bölməsinin üzvləri silahl şəxslə danışıqlar aparırlar.

Mənbə: BBC

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir