Arteta matç zamanı həmkarının ailəsini təhqir edib

Dünya

“Portu”nun baş məşqçisi Serxio Konseysau “Arsenal”ın baş məşqçisi Mikel Artetanı hörmətsizlikdə ittiham edib.

Portuqaliyalı mütəxəssisin sözlərinə görə, həmkarı elə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu zamanı ailə üzvlərini təhqir edib.

“Arteta matç zamanı ehtiyat oyunçular skamyasına yaxınlaşdı və ailəmi ispan dilində təhqir etdi. Mən ona dedim ki, təhqir etdiyi adam artıq həyatda deyil. Qoy o, komandasının məşqləri ilə məşğul olsun, çünki onların daha yaxşı oynamaq üçün kifayət qədər üstünlükləri var”, – deyə jurnalist Fabrizio Romano sosial media səhifəsində Konseysaudan sitat gətirib.

Qeyd edək ki, martın 12-də Londonda Çempionlar Liqasının 1/8 final mərhələsinin “Arsenal” və “Portu” komandaları arasında cavab oyunu keçirilib. Qarşılaşmanın əsas vaxtı “topçuların” 1:0 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliya klubu ilk görüşdə qalib gəldiyindən (1:0) əlavə vaxt təyin edilib. Orada da komandalar qol vura bilməyiblər və penaltilər seriyasında ingilis klubu daha güclü olub – 4:2.

Mənbə: sport.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir