Rusiyanın Belqorod şəhəri Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb, PUA-lardan biri yaşayış binasına çırpılıb.
Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib.
İnsident nəticəsində bir neçə mənzilin pəncərələri sınıb, binanın fasadı və dam örtüyü zədələnib.
Həmçinin partlayış dalğasından yaxınlıqda yerləşən iki təhsil müəssisəsinin pəncərələri də zədələnib.
Hələlik ölən və xəsarət alanlar barədə məlumat verilmir.
www.102info.az