Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın öz hərbçilərini Ukraynaya göndərməyə hazır olan ölkələrin alyansının formalaşdırılması ilə bağlı fəaliyyəti barədə fikrini bildirib.
O, NEWS.ru müxbirinin bu barədə sualına cavab olaraq bunun cəfəngiyyat olduğunu deyib.
“Fransa öz hərbçilərini Ukraynaya göndərməyə hazır olan ölkələrin alyansının formalaşdırılması istiqamətində işlərə başlayıb. Bu təklifi Baltikyanı ölkələr də dəstəkləyiblər. Parisə cavab olaraq Rusiya Ukraynada eskalasiyaya qarşı ölkələrin koalisiyasını yarada bilərmi?” – deyə müxbir soruşub.
“Bilirsinizmi, Makronun bu təklifi Yelisey sarayının növbəti “sabun köpüyü”ndən başqa bir şey deyil. Biz belə işlərlə məşğul olmuruq”, – deyə Zaxarova qeyd edib.
www.102info.az