Elektromobilləri Günəşdəki partlayışların təsirindən qoruyan örtük təqdim edilib – VİDEO

Dünya

“Mission Darkness” şirkəti “Tesla CyberTruck” və digər elektrik avtomobilləri üçün nəqliyyat vasitələrini Günəşdə baş verən partlayışlardan sonra Yer kürəsində yaranan elektromaqnit fırtınaların dağıdıcı nəticələrindən qoruyacaq “CyberCylent EMP Faraday” avtomobil örtüyü buraxıb.

“CyberCylent EMP Faraday” avtomobil qutusudur. Onun karkası mis-nikel kompozitindən ibarət xüsusi “TitanRF” parçası ilə örtülüb. “TitanRF” sayəsində örtük Wi-Fi, Bluetooth, mobil siqnallar (5G), GPS, RFID, NFC və sair siqnallar daxil olmaqla radiotezlikli siqnalların tam spektrini bloklayan Faradey qəfəsinə çevrilir.

Beləliklə, örtük avtomobili təkcə elektromaqnit qasırğalarından deyil, həm də kiberhücumlardan qoruya bilir.

Günəşdə müntəzəm olaraq partlayışlar baş verir. Xüsusilə güclü olan partlayışların Yerdəki müxtəlif elektronik qurğuları və cihazları zədələyə, elektrikli nəqliyyat vasitələrinin bəzi komponentlərini söndürə biləcəyi bildirilir.

“CyberCylent EMP Faraday”, həmçinin bir sıra çatışmazlıqlara malikdir. Birincisi, bütün radio siqnallarının bloklanması səbəbindən belə bir vəziyyətdə maşın mühüm proqram yenilənməsini həyata keçirə bilməyəcək. İkincisi, parçanın tərkibinə görə, tent qısa zamanda oksidləşir və nəticədə açıq havada istifadə üçün uyğun deyil.

Mənbə: CleanTechnica

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir