Rusiyada mədən işçilərini daşıyan helikopter sərt eniş edib: Ölən və yaralananlar var

Dünya

Rusiyanın Maqadan vilayətində mədən işçilərini daşıyan “Mi-8” helikopteri sərt eniş edib. Hadisə nəticəsində ölənlər və yaralananlar var.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib.

Onun sözlərinə görə, Kvartsevı mədənindən Omsukçana yollanan helikopterin göyərtəsində 20 nəfər olub.

“Onlardan təəssüf ki, bir nəfər ölüb, ikisinin vəziyyəti ağırdır”, – deyə agentliyin nümayəndəsi bildirib.

Qalanlarının taleyi barədə açıqlama verilməyib. Qəza yeri mədəndən təxminən 13-15 kilometr aralıda yerləşir.

Xatırladaq ki, ötən ay Kareliyada da helikopter qəzası baş verib. Hadisə nəticəsində “Mi-8”in bütün ekipaj üzvləri həlak olub.

Mənbə: rg.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir