Ukraynadakı münaqişənin nəticəsi yaxın aylarda məlum ola bilər.
Bu açıqlama ilə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel çıxış edib.
O bildirib ki, bu ilin yay ayında Rusiyanın böyük hücumu gözlənilir.
“Növbəti aylar həlledici olacaq. Bir çox analitiklər bu yay Rusiyanın geniş hücumunu gözləyirlər və vurğulayırlar ki, Ukrayna ABŞ-də baş tutacaq növbəti seçkinin nəticələrini gözləyə bilməz”, – deyə avropalı diplomat qeyd edib.
Mənbə: Reuters
www.102info.az