Yaponiyada zəlzələdən sonra “Fukusima-1” AES-in işi barədə AÇIQLAMA

Dünya

“Fukusima-1” atom elektrik stansiyasından (AES) radiasiyadan təmizlənmiş suyun boşaldılması sistemində aparılan yoxlama zamanı zəlzələdən sonra hər hansı ciddi nasazlıq və ya zədələnmə aşkar edilməyib.

Bu barədə “Tokyo Electric Power” enerji şirkətinin mütəxəssisləri məlumat veriblər.

Martın 15-nə keçən gecə AES-in bloklarının fəaliyyəti dayandırılıb. AES ötən il fəaliyyətə başlayandan bəri bu sistemin planlaşdırılmadan bağlanması ilə bağlı ilk hadisədir.

Qeyd edilib ki, Yaponiya AES-in ərazisində 1,34 milyon tondan çox su yığılıb. Bununla əlaqədar ölkə hökuməti tədricən təmizlənmiş suyun okeana buraxılmasına qərar verib. Bu əməliyyat 30-40 il çəkəcək.

Daha əvvəl qeyd olunmuşdu ki, qəzalı “Fukusima-1” AES-in operatoru zəlzələdən sonra stansiyadan təmizlənmiş suyun axıdılmasını dayandırıb.

Martın 15-də qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-in operatoru “TEPCO” şirkəti zəlzələdən sonra dayandırılmış stansiyadan suyun axıdılmasını bərpa edəcək.

Mənbə: Kyodo

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir