Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.
Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı ikisi körpə olmaqla azı 8 nəfər ölüb.
Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları dörd nəfəri xilas edib.
Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib.
Mənbə: CNN Türk
www.102info.az