Rusiyada baş verən qorxunc hadisə kameralarla qeydə alınıb.
Belə ki, binanın damından böyük bir sırsıra həyətdə oynayan üç yaşlarında uşağın başına düşüb. Qorxunc hadisə Yekaterinburqda qeydə alınıb.
Kadrlardan görünür ki, buz parçası uşağın boyundan böyük olub.
Yoldan keçən insanlar bunu görərək uşağın valideynlərini tapıblar və o, təcili yardımla xəstəxanaya aparılıb.
Həkimlərin sözlərinə görə, uşaq qapalı kəllə-beyin travması alıb.
Mənbə: “Pul3” “Telegram” kanalı
www.102info.az