35 yaşlı almaniyalı futbolçu, “Salernitana” klubunun müdafiəçisi Jerom Boatenq qadınlara qarşı zorakılıqda günahlandırılıb.
Bu barədə futbolçunun anası “Spiegel” nəşrinə yazdığı məktubda bildirib.
Nəşrin dərc etdiyi məktubdan bir parçada Jerom Boatenqin anası onun qadınlara qarşı zorakılıq etdiyini açıqlayıb.
“Oğlum illərdir qadınları mənəvi və fiziki təhqir edib. Kasia Lenhardt intihar etdi, – deyə məktubda qeyd edilib.
Model Kasia Lenhardt 2019-2021-ci illərdə Boatenqlə sevgili olub. 9 fevral 2021-ci ildə 25 yaşlı Lenhardt Berlin-Şarlottenburq rayonundakı mənzildə ölü tapılıb. O intihar edib.
Berlin hüquqşünaslarından biri təsdiqləyib ki, Lenhardt ölümündən bir müddət əvvəl Boatenqin onu təhqir etdiyi barədə polisə şikayət ərizəsi vermək istəyib.
Bundan əlavə, nəşrin əlində 2019-cu ildə göndərilmiş mesajlar var ki, bu mesajlarda Lenhardt Boatenqi fiziki zorakılıqda ittiham edir. Model bildirib ki, futbolçu az qala onun sol əlindəki baş barmağını sındıracaqmış.
“Davam edən məhkəmə çəkişmələri səbəbindən müştərimiz hazırda suallara ətraflı cavab verə bilmir. Çox şey barədə yanlış məlumat verilib”, – deyə Boatenqin vəkili “Spiegel”in sorğusuna cavab verib.
www.102info.az