İsrailin Mossad kəşfiyyat xidmətinin direktoru David Barnea Qətər Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir rəsmiləri ilə martın 17-də Qəzza zolağında atəşkəslə bağlı danışıqları bərpa edəcək.
Məlumata görə, görüş Dohada baş tutacaq.
Müzakirələrdə İsrail və HƏMAS arasında atəşkəslə bağlı qalan fikir ayrılıqları, o cümlədən Qəzzaya humanitar yardım müqabilində potensial olaraq azad edilə biləcək israilli girovların və fələstinli məhbusların sayının dəqiqləşdirilməsi müzakirə olunacaq.
Qeyd edək ki, indiyədək HƏMAS tərəfindən oktyabrın 7-də qaçırılan 110 nəfər azad edilib.
Mənbə: TASS
www.102info.az