Venesuelada hakim Vahid Sosialist Partiyası (USPV) qurultayı və partiyanın gənclər təşkilatı yekdilliklə hazırkı Prezident Nikolas Maduronu 28 iyul 2024-cü ildə keçiriləcək prezident seçkisinə namizəd seçib.
Bu, Karakasın ən böyük idman və konsert salonunda, 20 min nəfərlik Poliedroda keçirilən partiya forumunda məlum olub.
Maduronun namizədliyi ilkin partiya təşkilatlarının, icma şuralarının və ictimai təşkilatların əvvəlki iclaslarında dörd milyondan çox venesuelalı tərəfindən dəstəklənib.
Qeyd edək ki, Maduro üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürür.
Mənbə: TASS
www.102info.az