“Bentley” və Şotlandiyanın “Macallan” içki zavodu avtomobillərin istehsalında istifadə edilən eyni materiallardan hazırlanmış üfüqi şüşədə viski buraxıb.
Xüsusi konteynerlərin istehsalı üçün mis, alüminium, şüşə, ağac və həqiqi dəridən istifadə edilib.
İçki şüşəsi qoz ağacından xüsusi kəsilmiş fiqurla çərçivəyə salınıb. Mis elementlər qəhvəyi dəri ilə örtülüb.
Şüşənin içərisində isə qurudulmuş meyvələr, ədviyyatlar və palıd tamı olan nadir “Horizon” viskisi var.
Qablaşdırmanın üfüqi vəziyyəti “Bentley” avtomobillərinin siluetini xatırladır.
İçki zavodu qeyd edib ki, “Macallan Horizon” onların ən mürəkkəb layihəsidir.
Mənbə: gazeta.ru
www.102info.az