Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Buna səbəb Ukrayna dronlarının Moskva şəhəri və Moskva vilayəti ərazilərinə hücumları olub.
Bildirilir ki, qərar mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün verilib.
Hazırda hava limanları ilə bağlı onlarla aviareys təxirə salınıb.
Mənbə: Ura.ru
www.102info.az